2024-cü il Olimpiadasının açılış mərasimi təxirə salına bilər

2024-cü il Olimpiadasının açılış mərasimi təxirə salına bilər

Fransa Prezidenti Emmanuel Makron Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin təhlükəsizlik təhdidləri səbəbindən təxirə salına biləcəyini deyib.

İlkin olaraq oyunların açılışının iyulun 26-da Sena çayında baş tutacağı planlaşdırılır.

“Bizim B və C planlarımız var, onlar paralel olaraq hazırlanır. Vəziyyəti real vaxtda təhlil edəcəyik. Açılış mərasiminin “Trokadero” meydanı ilə məhdudlaşacaq variantı var”, - deyə dövlət başçısı bildirib.