Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşüb

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Korrespondent.az bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Türkiyə diplomatiyasının rəhbəri Səudiyyə Ərəbistanına Qəzza üzrə Təmas Qrupunun işində iştirak etmək üçün gedib.

Qeyd olunub ki, səfər çərçivəsində Fidan bir sıra ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.