“İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş Qızıl Yubiley tədbirində Bankın Azərbaycanla uzunmüddətli və çoxtərəfli əməkdaşlıq formatında qurulmuş yüksəksəviyyəli tərəfdaşlığından məmnunluq ifadə olundu”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşıb.
O bu əlamətdar tarix münasibətilə İslam İnkişaf Bankının heyətinə səmimi təbriklərini çatdırıb.
“Qurumun işinə uğurlar arzulayır və müştərək təşəbbüslərin yeni məzmunlarla zənginləşəcəyindən əmin olduğumuzu bildiririk”, - deyə nazir qeyd edib.