Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib

Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Quleviçi vəzifəsindən azad edib.

“Report” xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“General-mayor Viktor Quleviç Silahlı Qüvvələrin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib”, - Lukaşenkonun sərəncamında deyilir.