Pakistanın Xayber Paxtunxva əyalətinin Kurram rayonunda kömür şaxtasında baş vermiş partlayış nəticəsində azı 4 şaxtaçı yaralanıb, 2 nəfər itkin düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Express Tribune” qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə aprelin 28-də rayonun mərkəzi hissəsində baş verib. Partlayış nəticəsində 6 şaxtaçı dağıntılar altında qalıb. Hadisənin səbəbi hələ müəyyən edilməyib.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Dörd şaxtaçı xilas edilərək yaxınlıqdakı xəstəxanaya çatdırılıb.